12px14px16px18px

Mərkəzləşdirilmiş sınaq imtahanlarının nəticələri açıqlanıb

12:19 / 06.04.2012
Təhsil Nazirliyi martın 31-də və aprelin 1-də ölkənin bir sıra bölgələrində IX, XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada keçirilmiş sınaq (yoxlama) imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, imtahanların nəticələrini nazirliyin http://exam.edu.gov.az/welcome.aspx saytında yerləşdirilib. Sınaq imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında təşkil olunub. İmtahanların yüksək səviyyədə keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tapşırıqlar verilib. Nazirliyin əməkdaşları sözügedən imtahanların gedişini izləyiblər. Məlumatda bildirilib ki, yoxlama sınaq imtahanı zamanı nailiyyətlər şagirdin attestatına yazılacaq. Yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət isə şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
S.QARAYEVA




Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar