12px14px16px18px

Qafqaz Universitetində yeni laboratoriya

07:14 / 06.03.2012
Bu günlərdə Qafqaz Universitetində növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq bildirib ki, Azərbaycanın tibb sahəsində tanınmış şirkəti olan “Avro Med” bu ali təhsil ocağı ilə əməkdaşlığı artıq neçə illərdir ki, uğurla davam etdirir. Bu yaxınlarda isə , əməkdaşlıq nəticəsində növbəti layihə həyata keçiriləcək. Belə ki, “Avro Med” şirkəti tərəfindən Qafqaz Universitetində biologiya laboratoriyası yaradılacaq.Ahmet Saniç “Avro Med” şirkətinin bu xeyirxah əməlini tanınmış xeyriyyəçi olmuş Hacı Zeynəlabdin Tağıyevin xeyriyyəçiliyinin davamı olaraq hesab edib.
Sonra “Avro Med” şirkətinin baş direktoru, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək bu laboratoriya haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Onun sözlərinə görə, “Çağ” Öyretim İşletmeleri şirkətində çalışan pedaqojı kadrlar yüksək ixtisaslı mütəxəssislərdi. O, bildirib ki, biologiya laboratoriyasını məhz Qafqaz Universitetində yaratmağımızda əsas məqsəd burada təhsil alan tələbələri biologiya sahəsində daha mükəmməl mütəxəssis kimi yetişdirməkdən ibarətdir. Həmçinin, bu laboratoriyada tələbələrə keçiriləcək dərslər Azərbaycan dili ilə yanaşı, ingilis dilində də tədris olunacaq. Müasir dünyada təhsilin önəmli rolundan bəhs edən Cavanşir Feyziyev laboratoriyada çalışacaq şəxslərə yeni nailiyyətlər arzulayıb, öz tövsiyyələrini verib. Çıxışlardan sonra Qafqaz Universiteti ilə “Avro Med” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sonda Ahmet Saniç Cavanşir Feyziyevə universitetin fəxri plaketini və hədiyyə təqdim edib.
S.QARAYEVA



Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar