12px14px16px18px

Dillər Universitetində “Almaniya Xarici Siyasət Cəmiyyətində” proqramının əməkdaşı ilə görüş olub

02:16 / 03.03.2012
Dünən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov Almaniya Xarici Siyasət Cəmiyyətində DGAP proqramının əməkdaşı xanım Marie-Lena May ilə görüşüb. Qonağı salamlayan rektor Səməd Seyidov Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açıb. Komitə sədri, rektor S.Seyidov Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda təmsil olunduğunu deyib. O bildirib ki, Azərbaycan Avropa Birliyi, Avropa Parlamenti də daxil olmaqla, bütün Avropa strukturları ilə əlaqələrə daim mühüm əhəmiyyət verir. Bu baxımdan Almaniya ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərilir. Azərbaycan təhsil sistemi haqda danışan rektor ADU-da 5000 tələbənin təhsil aldığını vurğulayıb O, Azərbaycan Dillər Universitetinin Alman mərkəzinin fəaliyyətindən, Almaniyanın Göte İnstitutu ilə əlaqələrdən danışıb. Alman mütəxəssislərinin ADU-da tədris prosesində iştirakına, universitetin əməkdaşlarının Göte İnstitutu ilə əlaqələrə böyük əhəmiyyət verildiyini önə çəkdi, universitetin mədəni və təhsil əlaqələrindən söz açıb. ADU-nun əsas prioritetlərdən birinin alman dili və alman mədəniyyətinin tədrisi olduğunu vurğulayıb. Bundan başqa, S. Seyidov TEMPUS proqramı çərçivəsində bir sıra Qərbi Avropa universitetlərinin, o cümlədən Almaniyanın Leypsiq Universitetinin də təmsil olunduğu layihədə məhz ADU-nun koordinatorluq etdiyini diqqətə çatdırıb. O, ölkənin ali təhsil ocaqları içərisində ilk dəfə olaraq məhz Azərbaycan Dillər Universitetinin xarici universitetlərə koordinasiya etdiyini xatırladıb. S.Seyidov ADU-nun Almaniya universitetləri ilə əlaqələrə hər zaman maraqlı olduğunu qeyd edib. Almaniya Xarici Siyasət Cəmiyyətində DGAP proqramının əməkdaşı xanım Marie-Lena May səfərinin Almaniyanını Karl Fridrix Gördeler – Yaxşı idarəetmə (Good Govemance) kollecini tanıtmaq məqsədi olduğunu bildirib. O, təmsil etdiyi qurum haqda məlumat verdi və qurumun əməkdaş ölkələrlə əlaqələrindən bəhs edib. Onun sözlərinə görə, təmsil etdiyi qurum “Şərq tərəfdaşlığı ” proqramında çox aktiv fəaliyyət göstərir. Qonaq proqram və layihələr haqqında məlumat verdi və gələcək əməkdaşlıqda maraqlı olduqlarını dedi. Karl Fridrix Gördeler – Yaxşı idarəetmə (Good Govemance) kollecinin Cənubi Qafqaz, o cümlədən Azərbaycandan olan alman dilli mütəxəssislər üçün gərəkli olacağına əmin olduğunu vurğulayıb.
S.QARAYEVA


Bu yazı ( 195 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar