12px14px16px18px

“Gənclərlə iş sahəsində effektiv idarəetmə” ilə bağlı təlim kursu təşkil edilib

14:26 / 02.03.2012
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Novxanı “Olimpik” İstirahət və İdman Mərkəzində “Gənclərlə iş sahəsində effektiv idarəetmənin təşkili” mövzusunda təlim kursu keçirilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kursun əsas məqsədi idarə rəhbərlərinin fəaliyyətinin səmərəliliyini, gənclərlə iş sahəsində bilik və peşə bacarıqlarını artırmaq və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yerlərdə effektiv icrasını təmin etməkdir. Kurslarda idarə rəhbərlərinin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması ilə əlaqədar “Dövlət gənclər siyasətinin yerlərdə effektiv həyata keçirilməsi”, “Dövlət gənclər siyasətinin yerlərdə həyata keçirilməsində qarşıyan çıxan əsas problemlər”, “Sənədlərlə işin aparılması qaydaları”, “Gənclər təşkilatları ilə əməkdaşlıq üsulları”, “Ali və ortxa ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələb-Gənclər Təşkilatlarının fəaliyyətinin tənzimlənməsi”, “Gənclər üçün sosial xidmətlərin yaxşılaşdırılması”, “Vaxtın idarəolunması”, “Xəmsə” Milli İntellektual Oyununun keçirilmə qaydaları, “Yerlərdə hərbi-vətənpərvərlik işinin təşkili”, “Gənclərin səfərbərliyi və motivasiyası”, “İdarəetmə haqqında ümumi anlayışlar” və “Debat – gənclərin inkişafının bir aləti kimi” mövzularında məşğələlər keçiriləcək.
Təlim məşğələlər Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Regionlarla iş və kadrlar şöbəsinin müdiri Asif Quliyev, ümumi şöbənin müdiri Nazim Nəbiyev, Gənclərlə iş şöbəsinin sektor müdirləri Fuad Babayev, Nərmin Bağırova, Elşən Hüseynov, Əli Məmmədov, Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin milli məsləhətçisi Araz Paşayev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin içraçı direktoru Şahin Seyidzadə və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Faiq Hüseynov tərəfindən aparılır. Sonda təlim iştirakçılarına Gənclər və İdman Nazirliyinin təsis etdiyi şəhadətnamələr təqdim ediləcək. Təlim kursu 3 mart tarixinədək davam edəcək.
S.QARAYEVA






Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar