12px14px16px18px

İnternet klublarında vaxt keçirən şagirdlərlə bağlı tədbirlər görüləcək

14:24 / 02.03.2012
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə birgə paytaxtın bütün ərazilərində yerləşən internet klub və kafelərində reydlərə başlayacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, reydlərin keçirilməsində məqsəd internet klublarda vaxt keçirən şagirdləri müəyyənləşdirməkdir. Polis əməkdaşları ilə birgə keçiriləcək reydlər zamanı internet klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb-yayınmadığı dəqiqləşdiriləcək. Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilsə, dərhal aidiyyəti məktəb rəhbərliyinə məlumat veriləcək, şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Həmçinin məktəb rəhbərliyindən şagirdin nə üçün sinifdə olmadığı soruşulacaq. Z.Əliqızı vurğulayıb ki, işinə biganə yanaşan məktəb rəhbərlikləri müəyyənləşdiriləcək və cəzalandırılacaqlar: “Əgər şagirdin ümumiyyətlə məktəbə getmədiyi müəyyən edilsə, dərhal onun valideyninə məlumat veriləcək, valideynlərlə iş aparılacaq”. Z.Əliqızının dediyinə görə, reydlərin yaxın günlərdə başlanması gözlənilir.
S.QARAYEVA



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar