12px14px16px18px

BSU-da mətbuat qurumlarının rəhbərlərilə müəllim-tələbə heyətinin görüşü olub

14:24 / 02.03.2012
Dünən Bakı Slavyan Universitetində (BSU) mətbuat qurumlarının rəhbərləri ilə tələbə-müəllim heyətinin görüşü keçirilib.
Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən görüşdə çıxış edən universitetin rektoru Kamal Abdulla deyib ki, tələbə və müəllim heyəti ilə mətbuat vasitələrinin rəhbərləri arasında bu səpkili tədbir artıq ikinci dəfədir reallaşır: “Ümid edirəm ki, mətbuat işçiləri ilə tələbələrimizin belə görüşləri ənənə halını alacaq. Bu görüşlərin keçirilməsində məqsəd tələbələrimizin ölkədə ictimai rəyi formalaşdıran qurumların rəhbərləri ilə təmasını yaratmaqdır. İnanıram ki, bu təmaslar tələbələrə çox şey verəcək”. Universitetin fəaliyyəti, yeniliklər və uğurları haqqında da məlumat verən K. Abdulla təmsil etdiyi ali məktəbin ölkənin mədəni əlaqələrinin qurulmasında özünəməxsus rolu olduğunu da deyib. K.Abdulla jurnalistika fakültəsində qəzet redaktorları tərəfindən “ustad dərsləri” keçirildiyini də deyib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tələbələrin media orqanlarında təcrübə keçməsinin əhəmiyyətindən danışıb. O deyib ki, ötən il BSU-nin 15 tələbəsi ölkə KİV-lərində təcrübə keçiblər və hətta onların bəziləri həmin redaksiyalarda öz peşə fəaliyyətlərini davam etdirirlər. V.Səfərli tələbələrin KİV-lə əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını da qeyd edib. Dialoq şəkilində keçən tədbirdə redaktorlar tələbələri maraqlandıran sualları cavablandırıblar. Görüşdə o da bildirilib ki, BSU-nun tələbələri 36 KİV-də təcrübə keçirlər.
S.QARAYEVA



Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar