12px14px16px18px

Bakı Dövlət Universitetində pakistanlı nümayəndələrlə görüş keçirilib

14:23 / 02.03.2012
Dünən Bakı Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ən çox əlaqə saxlanılan dövlətlərdən biri Pakistan olub: “Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət, Xocalı soyqırımını tanıyan ilk dövlətdir. Bütün bunlar onu göstərir ki, nəinki dövlətlər, həm də millətlər arasında sıx əlaqələr var. Azərbaycan Kəşmir problemini necə başa düşürsə, Pakistan da Qarabağ problemini elə başa düşür”. Rektor xatırladıb ki, Pakistanla elmi əlaqələr də uğurla inkişaf edir: “Rəhbəri olduğum ali təhsil müəssisəsinin də Pakistanda fəaliyyət göstərən universitetlərin bir neçəsi ilə əməkdaşlıq əlaqələri mövcuddur. 12 ildən artıqdır ki, Bakı Dövlət Universitetində urdu dili tədris olunur. Bu 12 il ərzində universitetdə urdu dilinin tədrisi istiqamətindən mühüm nəailiyyətlər əldə olunub. Tələbələrin sayı artıb. Hazırda fakultədə 32 nəfər təhsil alır, BDU-nun artıq urdu dilini bilən 60-a yaxın mütəxəssisi var. Bu dilə maraq göstərən, onu öyrənməyə çalışan tələbələrin sayının arması məni çox sevindirir. Mütəxəssislərin də sayının 60-a yaxın olması da sevindirici bir haldır. Mən inanıram ki, universitetdə urdu dilini bilən mütəxəssislərin sayı ildən-ilə daha da artacaq”.
M.C.Camali isə bildirib ki, siyasi baxımdan Azərbaycanın qarşısında dayanan istənilən problem həm də Pakistanın problemidir. O Azərbaycanla tələbə və alim mübadiləsinin daha da inkişaf etdiriləcəyini qeyd edib.
S.QARAYEVA



Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar