12px14px16px18px

Xarici dillər üzrə test tapşırıqları müzakirə edilib

01:00 / 01.03.2012
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) xarici dil (ingilis , fransız və alman dili) fənləri üzrə elmi-metodiki seminar keçirilib. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, seminarda test tapşırıqları nümunələri müzakirə olunub. İngilis dili fənni üzrə seminar iclasında Göygöl rayonu 3 saylı orta məktəbin müəllimi Məhi Mövlayevanın tərtib etdiyi test tapşırıqları nümunələri müzakirə edilib.
İclasda orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərlə bərabər, TQDK-nın Naxçıvan,Şəki, Gəncə, Lənkəran və Quba regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında həmin test tapşırıqları haqqında fikir bildirib və təkliflərini veriblər.
Fransız dili fənni üzrə seminar iclasında ADU-nun professoru Çəmən Babaxanova bu il qəbul imtahanlarında tətbiqi nəzərdə tutulan test modelinə uygun tərtib edilmiş yeni tipli test tapşırıglarını müzakirəyə təqdim edib. Seminar iclasında Şəki regional bölməsindən B.Vahabzadə adına 1 saylı tam orta məktəbin direktoru, fransız dili müəllimi Cabbarova Tahirə test tapşırıqları haqqında fikir bildirib və təkliflərini verib.
Alman dili fənni üzrə seminar iclasında TQDK-nın Şəki regional bölməsindən Qoxmuq kənd tam orta məktəbin alman dili müəllimi Məmmədsaatov Rövşən onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında test modelinə uygun hazırladığı test tapşırıqlarını təgdim edib.
Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
S.QARAYEVA




Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar