12px14px16px18px

“Neft gəlirləri və Azərbaycan iqtisadiyyatı” mövzusunda seminar keçirilib

11:01 / 29.02.2012
Dünən Qafqaz Universitetində “Neft gəlirləri və Azərbaycan İqtisadiyyatı” mövzusunda seminar keçirilib.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, seminarda bu ali təhsil ocağının Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Altay İsmayılov və İqtisadi-Sosial İnkişaf Mərkəzinin (İSİM) direktoru Vüqar Bayramov məruzə ilə çıxış ediblər.
A.İsmayılov çıxışında neftdən əldə edilən gəlirlərdən və onların xərclənmə siyasətindən danışıb. V.Bayramov məruzəsində bildirib ki, əvvəllər Azərbaycan iqtisadiyyatının neftdən asılılığı daha çox idi, lakin bu asılılıq get-gedə azalmağa başlayıb. Əgər iqtisadi resurs qısa müddətli maraqların ödənilməsi üçün istifadə edilirsə, o zaman resursun yaratdığı fayda tezliklə itə bilər. Məhz bu səbəbdən də resurs uzunmüddətli istifadə maraqları qarşılamaq üçün məntiqli və ağıllı şəkildə istifadə edildiyi zaman, neftə sahib olmaq çox böyük faydalar gətirər. V.Bayramovun sözlərinə görə, hal hazırda dünya bazarında neftin qiyməti günü-gündən artır. Brend markalı neftin qiyməti artdıqca, Azərbaycan neftinin də qiyməti artır. Dünya bazarında neftin qiymətinin artması Azərbaycanda bütün hallarda neft gəlirlərinin artmasına səbəb olur. Neftin qiymətinin artması dünya bazarında digər malların da qiymətinin artmasını şərtləndirir. Azərbaycana ixrac edilən malların qiymətinin artmasına səbəb olur. Bu da öz növbəsində inflyasiyanın artmasına gətirib çıxarır.
S.QARAYEVA



Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar