12px14px16px18px

Müəllimlərin işə qəbulu ilə bağlı Kadr Təminatı və Təlim Mərkəzi yaradıla bilər

11:01 / 29.02.2012
Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayana qədər bu müsabiqələrin keçirilməsi məqsədi ilə Kadr Təminatı və Təlim Mərkəzinin formalaşdırılacağı gözlənilir.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müəllimlərin işə qəbulu üçün imtahanlar bu il həmin mərkəzdə keçirilə bilər. Hazırda mərkəzin binasının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır. Ötən il müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi üçün Təhsilin İnformasiyalaşdırılması İdarəsinin bazasından istifadə edilib. İndi isə məqsəd odur ki, bu işi müstəqil həyata keçirmək üçün ayrıca mərkəz yaradılsın. Nazirliyin məlumatında bildirilib ki, mərkəzdə işə qəbul üçün şəbəkə qurulacaq. Bu mərkəz yeni bir struktur olmayacaq, yəni o, daimi fəaliyyət göstərməyəcək. Mərkəzdən müəllimlərin işə qəbulu həyata keçirilən zaman istifadə ediləcəkdir. Buna baxmayaraq, ondan il ərzində təlimlərin keçirilməsi, direktorların işə qəbulu və sair məqsədlər üçün də istifadə oluna bilər. Məlumatda qeyd olunub ki, hazırlıq işləri iyun ayı ərzində aparılsa, iyuldan imtahanların keçirilməsinə başlanıla bilər.
S.QARAYEVA




Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar