12px14px16px18px

AŞPA Azərbaycana həmməruzəçi təyin edə bilmədi

SƏMƏD SEYİDOV: “BU MƏSƏLƏNİ NOYABRDA MÜZAKİRƏ EDƏCƏYİK”

14:31 / 01.10.2009
 
 
AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanla bağlı da müzakirələr aparılıb: “Monitorinq Komitəsinin bugünkü (dünənki - red.) iclasında Azərbaycanla bağlı iki məsələ gündəmə gətirildi. Birinci məsələ Andres Herkelin ümumi məruzəsinin hazırlanması ilə bağlı tövsiyələri, bizə ünvanladığı suallar ilə bağlı idi ki, biz də öz növbəmizdə bu sualları cavablandırdıq. Bu suallar Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı idi. Bu hesabat hazırlana dövründə ənənəvi prosedur qaydadır. İkinci məsələ isə yeni həmməruzəçinin təyin edilməsi idi. Bilirsiniz ki, xanım Jivkova Bolqarıstan parlamentinə seçkilərdə iştirak etməyib və bu yer vakant qaldığı üçün yeni həmməruzəçi təyin olunmalıdır. Amma təəssüflər olsun ki, Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi təyin edə bilmədi və bu məsələ qurumun noyabr ayında Parisdə keçiriləcək növbəti iclasına qaldı”.Səməd Seyidov həmməruzəçinin təyin edilməməsinin bir neçə məsələ ilə əlaqədar olduğunu deyib: “Əsas məsələ ondan ibarətdir ki, Monitorinq Komitəsinin katibliyi lazım olan bütün sənədləri hazırlayıb təqdim edə bilməyib. Yəni burada Azərbaycanla bağlı heç bir məsələ yoxdur. Ona görə də bu məsələni noyabrda müzakirə edəcəyik. O ki qaldı məruzəyə, ikinci həmməruzəçinin hələ təyin edilmədiyini, təyin olunduqdan sonra isə Azərbaycandakı vəziyyətlə tanış olmaq üçün vaxt lazım olduğunu nəzərə alsaq, hesabat ən tez AŞPA-nın aprel sessiyasında gündəmə gətirilə bilər. Bu uzun çəkən bir prosesdir və inanmıram ki, hesabat apreldən tez müzakirə olunsun”.



Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar