12px14px16px18px

Zəlzələdə ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur

14:31 / 01.10.2009
 
 
Cənubi Sumatrada Rixter cədvəli ilə 7.9 bal gücündə baş verən zəlzələdə ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. XİN-dən APA-ya verilən məlumata görə, Azərbaycanın Malayziyadakı səfirliyi ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşları ilə əlaqə saxlayıb. Müəyyən olunub ki, onlardan heç biri zəlzələdən zərər çəkməyib.Ermənistan atəşkəsi pozmaqda davam edirErmənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri sentyabrın 30-da saat 19.40-dan 19.55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dan 20.35-dək və 23.00-dan 23.30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 1-də saat 01.40-dan 02.10-dək isə Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.



Bu yazı ( 192 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar