12px14px16px18px

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb

14:30 / 01.10.2009
 
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M.Pənahov komissiyanın nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq etdiyini və ATƏT-in bu qurumlar sırasında önəmli yerdə dayandığını bildirib. ATƏT-in Bakı ofisinin rəhbəri də MSK ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını deyib və bundan sonra da birgə layihələr həyata keçirmək niyyətində olduqlarını söyləyib. O, müşahidəçilərin, komissiya üzvlərinin, icra hakimiyyəti nümayəndələrinin və digər seçki subyektlərinin maarifləndirilməsi üçün MSK ilə birgə fəaliyyət göstərmək istədiklərini vurğulayıb.



Bu yazı ( 204 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar