12px14px16px18px

Eks-prezidentlərə dair sənədin müzakirəsi nə vaxta qaldı?

00:53 / 25.05.2012  
Bu ay müzakirəyə çıxarılması gözlənilən “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsi Milli Məclisin mayın 29-da keçiriləcək plenar iclasında da gündəliyinə salınmayıb. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. A.Təvəkküloğlunun sözlərinə görə, sözügedən qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı dəqiq bilinmir. “Eks-prezidentlərlə bağlı qanun layihəsinin müzakirəsi gündəliyə salınmayıb. Ola bilsin ki, Milli Məclisin növbəti iclaslarında nəzərdə tutula bilər. Amma mayın 29-da keçiriləcək iclasda həmin qanun layihəsinin müzakirəsi nəzərdə tutulmayıb. Təbii ki, bu qanun layihəsi hələ də gündəmdədir. Bu ay müzakirə olunmasa da, növbəti iclaslarda yəqin ki, gündəliyə salınacaq”-deyə A.Təvəkküloğlu bildirib. Qeyd edək ki, Milli Məclis “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsini qəbul edəndən sonra, sənəd təsdiq edilməsi üçün dövlət başçısına göndəriləcək. Qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.


Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar