12px14px16px18px

Səfərbərlik və Hərbi Xidmət Dövlət Xidməti yük avtomobillərinin texniki baxışına cəlb oluna bilər

00:23 / 23.05.2012
Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilər. Bu barədə APA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsindən məlumat verilib. Dəyişiklik səfərbərlik ehtiyatları hesab olunan avtonəqliyyat vasitələrinin texniki baxışının aparılması ilə bağlı olacaq. Hazırda müzakirə olunan layihəyə əsasən, iri tutumlu, əsasən yük daşınması üçün nəzərdə tutulan avtonəqliyyat vasitələrinin texniki baxışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə aparılacaq. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu ilin fevral ayında yaradılıb.




Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar