12px14px16px18px

Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olublar

ONLAR BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDUNUN YAPONİYA HÖKUMƏTİNİN DƏSTƏYİ İLƏ REGİONDA HƏYATA KEÇİRDİYİ LAYİHƏNIN MONİTORİNQİNİ APARIBLAR

00:50 / 19.05.2012
Yaponiya səfirliyinin İqtisadi Əlaqələr və İqtisadi Əməkdaşlıq sektorunun direktoru Hideko Ono və səfirliyin layihələri üzrə koordinatoru Fumia Sugiyama Tərtərdə olublar. Onlar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Yaponiya hökumətinin dəstəyi ilə regionda həyata keçirdiyi “Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi” layihəsinin monitorinqini aparıblar. BAMF-ın sədri və sözügedən layihənin rəhbəri Umud Rəhimoğlu qonaqlara layihənin icrası barədə ətraflı məlumat verib. Qonaqlar layihənin icra planına uyğun olaraq kənd təsərrüfatı texnikasının saxlanması üçün inşa edilən qaraja, çəkilmiş irriqasiya kanalına baxıblar, eyni zamanda onlar artezian quyusunun qazılma prosesini müşahidə ediblər. Xanım H.Ono və F.Sugiyama layihənin icrası ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Sonra ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Tərtər Regional Peşə və Təlim Mərkəzinə baş çəkən səfirlik əməkdaşları bütövlükdə Fondun fəaliyyətini cəmiyyət üçün çox əhəmiyyətli bir töhfə olduğunu deyiblər. U.Rəhimoğlu BAMF-ın 2002-ci ildən Yaponiya hökuməti ilə başlayan əməkdaşlığını yüksək qiymətləndirmiş, bundan sonra da birgə bir çox uğurlu layihələrə imza atacaqlarına ümid etdiyini bildirib.


Bu yazı ( 212 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar