12px14px16px18px

“Laçınsız...” filminin təqdimatı keçirilib

00:47 / 19.05.2012
 Dünən Laçın rayonunun işğalının 20-ci ildönümü ilə əlaqədar “Laçınsız...” filminin təqdimat mərasimi keçirilib. “Trend”in məlumatına görə, Gənc Tamaşaçılar Teatrında baş tutan tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vurğulayıb ki, işğal olunmuş rayonların işğalının anım mərasimlərinin formatını dəyişmək lazımdır. Onun sözlərinə görə, ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırmaq, böyüyən nəslə erməni vəhşiliklərini göstərmək, milli vətənpərvərlik hissini gücləndirmək lazımdır: “İşğal günündə insanlarımızın başına gətirilən əzab-əziyyətləri, meyitlərin başına açılan oyunları göstərməkdən uzaqlaşmaq lazımdır. Ümumiyyətlə, işğal günlərində ağlayıb-sızlamaqdan kənarlaşmaq lazımdır” Tədbirdə şəhid övladı, 1 yaşında anası ilə birilikdə ermənilərə əsir düşmüş, əsirlikdə anasını itirmiş və ermənilərin qeyri-insani davranışı nəticəsində görmə qabiliyyətindən tamamilə məhrum olmuş Nurlanə Nursuzun Ermənistan Prezidenti Serj Sarkisyana müraciəti səsləndirilib. Tədbirdə, həmçinin laçınlı məcburi köçkünlər tərəfindən Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20 illiyi ilə əlaqədar BMT-yə, Avropa Şurasına, ATƏT-ə və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət qəbul olunub.


Bu yazı ( 213 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar