12px14px16px18px

Amerikalı konqresmen: “Azərbaycan “Ərəb baharı”ndan çıxan ölkələr üçün model ola bilər”

01:28 / 17.05.2012 “Azərbaycan “Ərəb baharı”ndan çıxan dövlətlər üçün model ola bilər”. APA-nın məlumatına görə, bunu ABŞ Konqresinin üzvü Cerri Konnoli deyib. C.Konnoli bildirib ki, Suriyada baş verənlərin təhlili və bölgədə modellər axtararkən Türkiyə və Azərbaycan modelləri önə çıxır: “Bu modellər işləkdir, öz icmalarında müxtəlifliyə ehtiramla yanaşaraq dünyəvi idarəetmə təsisatları qurmaq istəyir. Eyni zamanda dini etiqad azadlığına hörmətlə yanaşılır”.Konqresmenin sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafı, eləcə də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə, ABŞ-ın bölgədəki hərbi bölmələrinə Azərbaycanın təchizat dəstəyi Konqresdə yüksək qiymətləndirilir.



Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar