12px14px16px18px

“Azərbaycan qlobal enerji tələbatının ödənilməsində mühüm rol oynayır”

01:28 / 17.05.2012 “Azərbaycan məntiqli enerji layihələrini uğurla həyata keçirir və bundan faydalanır. Bu gün Azərbaycan qlobal enerji tələbatının ödənilməsi və dünya bazarlarında sabitliyin bərqərar olmasında mühüm rol oynayır”. APA-nın məlumatına görə, bunu ABŞ Konqresinin üzvü Qreq Harper deyib. Q. Harperin fikrincə, ABŞ-ın Azərbaycanla tərəfdaşlığını davam etdirərək Xəzər hövzəsinin etibarlı enerji istehsalçısı kimi qalmasını təmin etmək olduqca vacibdir: “Enerji ehtiyatlarının etibarlılığının qarşısını bir neçə amil ala bilər. Məsələn, dünyanın neft təminatı cəmi bir istehsalçı tərəfindən “qarışdırıla” bilər. Əgər bir neçə istehsalçısı dövlət istehsalı azaltsa, dayandırsa, yaxud nəqlin qarşısını alsa, bunun nəticələrini bütün dünya hiss edəcək”.



Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar