12px14px16px18px

Ayaz Mütəllibovun “məkanında” vergi yoxlaması

01:24 / 17.05.2012
“Moskvanın Kantemirovskaya küçəsində yerləşən “Kura” restoranında paytaxtın vergi xidməti ciddi yoxlamaları başlayıb. Restoran bağlanıb. Xidməti personal içəri buraxılmır”. Bu barədə Lent.az-a Moskvada yaşayan soydaşlarımızdan biri məlumat verib. Onun dediyinə görə, əslində, bu tip yoxlamalar “Kura”da ilk dəfə deyil. “Kura”da yoxlamaya başlanılması adi xəbər olsa da, bizim üçün onun bir maraqlı tərəfi var. Söhbət ondan gedir ki, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov neçə illərdir ki, bu restorandakı kabinetlərdən birindən xidməti otaq kimi istifadə edir. Başqa sözlə, “Kura”nın bir kabineti həm də onun “ofisi” sayılırdı. Görünür, Ayaz müəllim də bir müddət “ofissiz” qalacaq.
Xatırladaq ki, “Kura” restoranının sahibi əslən Zərdab rayonundan olan Mehman Nuriyevdir.



Bu yazı ( 38 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar