12px14px16px18px

AMEA doktoranturaya qəbul planını Nazirlər Kabinetinə təqdim edib

12:02 / 16.05.2012
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2012-2013-cü tədris ili üçün doktoranturaya qəbul planını Azərbaycan Nazirlər Kabinetinə təqdim edib. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, qəbul planı elmi ixtisasların yeni nomenklaturasına uyğun hazırlanıb. Qəbul planı yaxın günlərdə təsdiq ediləcək. A. Həşimov bildirib ki, hələlik Təhsil Nazirliyi doktoranturaya qəbul planını Nazirlər Kabinetinə təqdim etməyib. Bu plan da təqdim ediləndən sonra AMEA ilə Təhsil Nazirliyinin birgə rəyi əsasında doktoranturaya ümumi qəbul planı təsdiq olunacaq. AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva isə bildirib ki, bu il Azərbaycanda doktoranturaya qəbul planının artacağı gözlənilir. Belə ki, AMEA fəlsəfə doktoru proqramı üzrə 300, elmlər doktoru proqramı üzrə isə 60-70 plan yeri təklif edib. Ötən il isə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 275, elmlər doktoru proqramı üzrə isə 56 nəfər qəbul olunub.



Bu yazı ( 44 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar