12px14px16px18px

Rasim Balayev: “Hökumət evində fəaliyyətimizi davam etdirəcəyik”

KİNEMATOQRAFÇILAR İTTİFAQI İLƏ HÖKUMƏT EVİ RAZILIĞA GƏLİB

00:27 / 15.05.2012
Kinematoqrafçılar İttifaqının rəhbərliyi ilə Hökumət evinin rəhbərliyi icarə haqqı probleminin həlli yolu məsələsində razılığa gəlib. Bunu “Media forum” saytına Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, problemi müzakirə etmək üçün Hökumət evinin rəhbərliyi ilə görüşüblər: “Kinematoqrafçılar İttifaqının Hökumət evinə 47 min manat icarə haqqı borcu var. Borcun ilin sonunadək hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəldik. Borcumuzu hissə-hissə ödəməyə başlayacağıq. Hökumət evində fəaliyyətimizi davam etdirəcəyik”. Rasim Balayev deyib ki, ittifaqın maliyyə imkanları yoxdur, amma borcu necə ödəyəcəklərini müəyyənləşdiriblər: “Borcu Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov şəxsi vəsaiti hesabına ödəyəcək. Çünki başqa maliyyə dəstəyimiz yoxdur, nə dövlətdən, nə sponsordan”. Kinematoqrafçılar İttifaqı Hökumət evində bir neçə otaq kirayəyə götürüb. İttifaq son üç ildə icarə haqqını ödəyə bilməyib. Bunun nəticəsində 47 min manat icarə borcu yığılıb. Bu yaxınlarda Hökumət evinin rəhbərliyi ittifaqa məktub yazaraq icarə haqının ödənməsini tələb edib. Məktubda bildirilib ki, icarə haqqı ödənməsə, ittifaq Hökumət evini tərk etməlidir.


Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar