12px14px16px18px

“Kürdə sel təhlükəsi gözlənilmir”

00:27 / 15.05.2012
Kürün Azərbaycan hissəsində daşqın təhlükəsi yoxdur. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərində görə, Kürün Azərbaycan hissəsində suyun səviyyəsi qalxsa da, sel təhlükəsi gözlənilmir: “Mayın 13-də çayın Azərbaycan hissəsində, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 santimetr qalxma müşahidə olunub. Amma axşama doğru suyun səviyyəsində azalma baş verib. Hazırda suyun səviyyəsi dünənlə müqayisədə 23 santimetr düşüb. Yəni, Kürün aşağı hissəsində artım müşahidə olunsa da, aşağı hissələrdə azalma var və çayda sabit səviyyə müşahidə olunur”. A. Verdiyev deyib ki, intensiv yağışlarla əlaqədar olaraq dağ çaylarında suyun səviyyəsində artım qeydə alınıb. Onun sözlərinə görə, Kiçik Qafqazın Gəncəçay çayında suyun səviyyəsi 2, Kürəkçayda 3, Quba-Xaçmaz bölgəsinin çaylarından olan Qusarçayda 4, Qudyalçayda 2 santimetr artıb. Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay və Bəşəriçay da suyun səviyyəsində 3-4 santimetr artım qeydə alınıb: ”İntensiv yağışlarla əlaqədar olaraq bəzi dağ çaylarında qısamüddətli daşqınlar gözlənilir”. Baş hidroloq yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi prosesinin getdiyini də bildirib: “Hələlik elə də güclü istilər yoxdur və qarlar tədricən əriyir. Dağ çaylarında suyun səviyyəsinin artması yağışlarla əlaqədardır”.


Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar