12px14px16px18px

BŞBPİ-nin idarə və şöbə rəisləri işdən çıxarılıb

00:12 / 15.05.2012
Bakı şəhər Baş Polis İdarəsinin iki yüksək rütbəli əməkdaşı işdən çıxarılıb. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi, polis polkovniki İlqar Əzimov və həmin idarənin şöbə rəisi Asim Abdullayev tutduqları vəzifədən azad olunublar. APA-nın əldə etdiyi xəbərə görə, polis zabitlərinin işdən çıxarılmaları xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlarla əlaqəlidir.


Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar