12px14px16px18px

Azad Azərbaycan Teleradio Şirkətinin rəhbərliyi dəyişdirildi

TAĞI İBRAHİMOVUN YERİNƏ VÜQAR QARADAĞLI GƏTİRİLDİ

00:05 / 15.05.2012
“Azad Azərbaycan” Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Lent.az-ın məlumatına görə, telekanalın prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib. Telekanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu Lent.az-ın bu barədə sorğusuna cavab olaraq deyib ki, hələlik bu barədə onda heç bir məlumat yoxdur. ATV-dəki mənbələrdən isə bildirilib ki, rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və Tağı İbrahimov kollektivlə xudahafizləşib. Şirkətin vitse-prezidenti, Tağı İbrahimovun qardaşı Natiq İbrahimov isə sualına bir cümlə ilə cavab verib: “Bilmirəm kim gəlir, amma biz getdik...” Qeyd edək ki, Tağı İbrahimovun yerinə Vüqar Qaradağlı təyin olunub. 46 yaşlı Vüqar Qaradağlı elmi-pedaqoji fəaliyyət göstərməklə yanaşı media sahəsində də çalışmaqdadır. “Bizim əsr” və “Naş vek” qəzetlərinin baş redaktoru olub. “Radio Lider”in, “Lider” televiziyasının daxil olduqları “Media-Holdinq”in baş direktoru işləyib. “Mərkəz” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Vüqar Qaradağlı “Media forum” saytına açıqlamasında deyib ki, indiyə qədər ATV-nin sadəcə tamaşaçısı olmayıb: “Bu televiziya mənim gözümün qabağında yaranıb. ATV-ni vaxtilə Sahib İbrahimov yaradıb, daha sonra isə Tağı İbrahimov kanalın işini uğurla davam etdirib. Mən vaxtilə bu televiziyanın doğulmasına azarkeşlik etmişəm ki, kanal yaxşı kanal olsun. Həmin illərdə mən “Lider” televiziyasına rəhbərlik edirdim. Qonşu kanal yaranırdı və biz buna sevinirdik. İndi belə məsləhət oldu ki, mən burda fəaliyyəti davam etdirim. Məncə, bu, müzakirə olunmayası bir qərardır. İşləmək istəyirəm, görək nə olacaq. Televiziyada ediləcək dəyişikliklərə gəlincə, indi bu barədə danışmaq mənim üçün bir qədər çətindir. Mən bu gün (dünən – red.) gəlmişəm. Kanalda nə dəyişəcək, nə dəyişməyəcək, bunu zaman göstərəcək. Kollektiv normal kollektivdir, işgüzar, zəhmətkeş adamlardır. İşlər qaydasında gedir. İşdir, gəlmişəm, hələ sağa, sola baxaq, görək nə var, nə yox”. ATV şoulara üstünlük verdiyinə görə son zamanlar dövlət məmurları tez-tez bu kanalı tənqid edirdi. Bu məsələyə münasibətini “Media forum”a açıqlayarkən Vüqar Qaradağlı deyib ki, bu bütün televiziyaların problemidir: “Bu təkcə “Azad Azərbaycan” televiziyasının problemi deyil, bütün televiziyaların dərdidir. Deyirsiniz ATV bu tənqidlərdən nə nəticə çıxaracaq? Hələ özümüzə gələk, yaxşı olacaq. Bu kanal əla idi, əla da olacaq”. ATV-nin prezidenti postundan gedən Tağı İbrahimovun kanalla əlaqəsinin qalıb-qalmayacağı haqda sualı cavablandıran Vüqar Qaradağlı qeyd edib ki, Tağı İbrahimovun özü bunu istəməz: “O, ağıllı adamdır, neçə il burada birinci şəxs olub. İndən sonra ikinci, yaxud üçüncü şəxs kimi qalarmı? Qalmaz”. ATV rəhbərliyindəki dəyişikliklə əlaqədar “Media forum” saytının sualını cavablandıran Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, hər hansı televiziya rəhbərliyindəki dəyişikliyin şuraya aidiyyəti yoxdur. O qeyd edib ki, burada əsas məsələ “Televiziya və radio yayımı haqqında” qanuna əməl edilməsidir: “Bu qanunvericiliyə əməl edildiyi təqdirdə məsələ bizdən kənarlaşır”. Son zamanlar ATV şou proqramlarına üstünlük verdiyinə görə tənqidlərə məruz qalırdı. Kanalın rəhbərliyindəki dəyişikliyin bununla əlaqəsi olub-olmadığı sualına cavabında Nuşirəvan Məhərrəmli deyib ki, o, bu haqda fikir bildirmək istəmir: “Vüqar Qaradağlının necə rəhbər olacağını işlədikdən sonra biləcəyik. Təbii ki, Vüqar Qaradağlı ilə görüşlərimiz olacaq”. Azad Azərbaycan Teleradio Şirkətinin rəhbərliyi dəyişdirildi TAĞI İBRAHİMOVUN YERİNƏ VÜQAR QARADAĞLI GƏTİRİLDİ “Azad Azərbaycan” Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Lent.az-ın məlumatına görə, telekanalın prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib. Telekanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu Lent.az-ın bu barədə sorğusuna cavab olaraq deyib ki, hələlik bu barədə onda heç bir məlumat yoxdur. ATV-dəki mənbələrdən isə bildirilib ki, rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və Tağı İbrahimov kollektivlə xudahafizləşib. Şirkətin vitse-prezidenti, Tağı İbrahimovun qardaşı Natiq İbrahimov isə sualına bir cümlə ilə cavab verib: “Bilmirəm kim gəlir, amma biz getdik...” Qeyd edək ki, Tağı İbrahimovun yerinə Vüqar Qaradağlı təyin olunub. 46 yaşlı Vüqar Qaradağlı elmi-pedaqoji fəaliyyət göstərməklə yanaşı media sahəsində də çalışmaqdadır. “Bizim əsr” və “Naş vek” qəzetlərinin baş redaktoru olub. “Radio Lider”in, “Lider” televiziyasının daxil olduqları “Media-Holdinq”in baş direktoru işləyib. “Mərkəz” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Vüqar Qaradağlı “Media forum” saytına açıqlamasında deyib ki, indiyə qədər ATV-nin sadəcə tamaşaçısı olmayıb: “Bu televiziya mənim gözümün qabağında yaranıb. ATV-ni vaxtilə Sahib İbrahimov yaradıb, daha sonra isə Tağı İbrahimov kanalın işini uğurla davam etdirib. Mən vaxtilə bu televiziyanın doğulmasına azarkeşlik etmişəm ki, kanal yaxşı kanal olsun. Həmin illərdə mən “Lider” televiziyasına rəhbərlik edirdim. Qonşu kanal yaranırdı və biz buna sevinirdik. İndi belə məsləhət oldu ki, mən burda fəaliyyəti davam etdirim. Məncə, bu, müzakirə olunmayası bir qərardır. İşləmək istəyirəm, görək nə olacaq. Televiziyada ediləcək dəyişikliklərə gəlincə, indi bu barədə danışmaq mənim üçün bir qədər çətindir. Mən bu gün (dünən – red.) gəlmişəm. Kanalda nə dəyişəcək, nə dəyişməyəcək, bunu zaman göstərəcək. Kollektiv normal kollektivdir, işgüzar, zəhmətkeş adamlardır. İşlər qaydasında gedir. İşdir, gəlmişəm, hələ sağa, sola baxaq, görək nə var, nə yox”. ATV şoulara üstünlük verdiyinə görə son zamanlar dövlət məmurları tez-tez bu kanalı tənqid edirdi. Bu məsələyə münasibətini “Media forum”a açıqlayarkən Vüqar Qaradağlı deyib ki, bu bütün televiziyaların problemidir: “Bu təkcə “Azad Azərbaycan” televiziyasının problemi deyil, bütün televiziyaların dərdidir. Deyirsiniz ATV bu tənqidlərdən nə nəticə çıxaracaq? Hələ özümüzə gələk, yaxşı olacaq. Bu kanal əla idi, əla da olacaq”. ATV-nin prezidenti postundan gedən Tağı İbrahimovun kanalla əlaqəsinin qalıb-qalmayacağı haqda sualı cavablandıran Vüqar Qaradağlı qeyd edib ki, Tağı İbrahimovun özü bunu istəməz: “O, ağıllı adamdır, neçə il burada birinci şəxs olub. İndən sonra ikinci, yaxud üçüncü şəxs kimi qalarmı? Qalmaz”. ATV rəhbərliyindəki dəyişikliklə əlaqədar “Media forum” saytının sualını cavablandıran Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, hər hansı televiziya rəhbərliyindəki dəyişikliyin şuraya aidiyyəti yoxdur. O qeyd edib ki, burada əsas məsələ “Televiziya və radio yayımı haqqında” qanuna əməl edilməsidir: “Bu qanunvericiliyə əməl edildiyi təqdirdə məsələ bizdən kənarlaşır”. Son zamanlar ATV şou proqramlarına üstünlük verdiyinə görə tənqidlərə məruz qalırdı. Kanalın rəhbərliyindəki dəyişikliyin bununla əlaqəsi olub-olmadığı sualına cavabında Nuşirəvan Məhərrəmli deyib ki, o, bu haqda fikir bildirmək istəmir: “Vüqar Qaradağlının necə rəhbər olacağını işlədikdən sonra biləcəyik. Təbii ki, Vüqar Qaradağlı ilə görüşlərimiz olacaq”.


Bu yazı ( 105 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar