12px14px16px18px

İctimai Palata piket keçirdi

00:04 / 15.05.2012
İctimai Palata (İP) Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində və Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib. APA-nın xəbərinə görə, İP üzvlərinin İstiqlaliyyət küçəsi ilə Bakı Şəhər İcra Hakimiyyətinin binasına doğru yürüşünün qarşısı polis tərəfindən alınsa da, aksiya iştirakçıları Gənclər və Fəvvarələr meydanı ərazisində “Azad seçki!”, “Sərbəst toplaşmaq azadlığı təmin olunsun!” və digər şüarlar səsləndirib, həbsdə olan İP üzvlərinin azadlığa buraxılmasını tələb ediblər. Nizami Gəncəvinin abidəsi ətrafına toplaşan piket iştirakçıları polisin müdaxiləsindən sonra Vidadi küçəsinə çəkiliblər. Aksiya iştirakçılarından 6 nəfəri saxlanılıb. Saxlanılanlar arasında AXCP sədrinin müavinləri Asəf Quliyev, Gözəl Bayramlı, o cümlədən “Nida” hərəkatının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də olub. Gözəl Bayramlı sonradan sərbəst buraxılıb. Polis aksiyanın qətnaməsinin oxunmasına imkan verməyib. Qeyd edək ki, İP mayın 13-nə təyin etdiyi aksiyanın istədikləri yerdə keçirilməsinə şərait yaradılmamasına etiraz olaraq mayın 14-də BŞİH-in binası qarşısında piketə qərar verib.


Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar