12px14px16px18px

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin toplantısı keçirilib

13:03 / 12.05.2012
Dünən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin toplantısı keçirilib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sədrliyi ilə keçirilən toplantıda qurumun fəaliyyəti geniş müzakirə edilib. U.Rəhimoğlu BMİ-nin missiyası ilə yeni üzvlərin cəlb edilməsi və Milli Komitələrin qurulması üçün aprel-may aylarında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, BMİ-nin üzvü Azər Həsrətlə Orta Asiyaya etdikləri səfər barədə ətraflı məlumat verib.
Toplantıda iştirak edən BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əskər, JuHİ sədri Müşfiq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək təşkilatın fəaliyyəti barədə öz rəy və təkliflərini bildiriblər. Sonda U.Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbərləri Nik Nvolisa və Rey Kərimoğlu da daxil olmaqla BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvlərinə Vyanada təsdiq olunub gəlmiş beynəlxalq statuslu üzvlük vəsiqələrini təqdim edib.
Qeyd edək ki, BMİ-nin Azərbaycan Milli Komitəsinə yeni qəbul edilmiş üzvü, hazırda Norveçdə səfərdə olan Eynulla Fətullayevin vəsiqəsi ona ölkəyə dönəndən sonra təqdim ediləcək.





Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar