12px14px16px18px

Dövlət başçısı İndoneziya və Rusiya prezidentlərinə başsağlığı verib

13:01 / 12.05.2012
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya prezidenti Susilo Bambanq Yudhoyonoya başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: "Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirib. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm". Azərbaycan prezidenti rusiyalı həmkarı Vladimir Putinə də İndoneziyada "Sukhoi SuperJet-100" təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı verib.



Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar