12px14px16px18px

FHN Zaqatalada baş vermiş 4 bal gücündə zəlzələ haqqında məlumat yayıb

01:41 / 11.05.2012
 Azərbaycan Fövqəladə Hallar Nazirliyi mayın 10-da səhər saatlarında Zaqatalada qeydə alınan zəlzələ barədə məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən 10 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 06:33-də Zaqatala rayonunun inzibati mərkəzindən 13 km cənubda zəlzələ qeydə alınıb. Episentrdə təkanların gücü 4,0 bal olub. Zəlzələ Zaqatala şəhərində 3,5 bal, yaxın yaşayış məntəqələrində isə 3,0 bala yaxın hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.


Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar