12px14px16px18px

Azərbaycan diaspor təşkilatının sədri qətlə yetirilib

01:12 / 11.05.2012
Ukraynada Azərbaycan diaspor təşkilatlarından olan Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov qətlə yetirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovun APA-ya verdiyi xəbərə görə, İ. Mahmudova mayın 9-da yerli vaxtla saat 12.00 radələrində Donetsk vilayətinin Makeyevka şəhərində Böyük Vətən Müharibəsi iştirakçıları ilə keçirdiyi görüş zamanı sui-qəsd edilib. İlkin məlumata görə, görüş keçirilən əraziyə yaxınlaşan iki motosklçi ard-arda bir neçə güllə atıblar. Güllələr birbaşa İ. Mahmudovu hədəf alıb, əsasən onun sinə və qarın nayihəsini yaralayıb. İ.Mahmudov dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Görüşdə iştirak edən digər şəxslər arasında xəsarət alan olmayıb. Sui-qəsdin motivi barədə hələlik heç nə deyilmir. Ukrayna hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar. A.Tahirov İ.Mahmudovun vətənpərvər, Azərbaycanın maraqları naminə çalışan soydaşımız olduğunu qeyd edib: “Bu, Azərbaycan diasporu üçün böyük itkidir. Sabah Donetskdə İqbal Mahmudovla vida mərasimi olacaq. Mən də səhər saatlarında Donetskə gedəcəyəm. Azərbaycan diasporunun digər nümayəndələri, burda yaşayan soydaşlarımız da orda olacaq”. 35 yaşlı İqbal Mahmudov Azərbaycanın Lənkəran rayonunda doğulub. Sabah onun cənazəsi doğulduğu Lənkəran rayonuna gətirilərək, dəfn ediləcək.


Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar