12px14px16px18px

Torbyorn Yaqland: “Eurovision” mahnı müsabiqəsini boykot etmək lazım deyil”

01:10 / 11.05.2012
Avropa Şurası hesab edir ki, Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykot etmək lazım deyil. APA-nın “Alman dalğası” radiostansiyasına istinadən yaydığı məlumata görə, bu fikirləri Avropa Şurasının baş katibi Torbyorn Yaqland “DPA” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, söz azadlığı və siyasi məhbuslarla bağlı vəziyyət ciddi narahatlıq doğurur: “Ümidvaram ki, Azərbaycanla qeyd olunan sahələrdə tərəqqiyə nail olmaq üçün əməkdaşlıqla bağlı razılaşma əldə edəcəyik. 2011-ci ilin sonuna kimi Azərbaycandan Avropa Məhkəməsinə 1700-ə qədər şikayət daxil olub. Lakin Azərbaycan insan hüquqlarının pozulduğu yeganə ölkə deyil. Məsələn, Avropa Məhkəməsinə Bolqarıstandan 4 min, Moldovadan 4200, Rumıniyadan 12 min şikayət daxil olub. Lakin bu sahədə 40 min şikayətlə Rusiya lider olaraq qalır”.


Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar