12px14px16px18px

Respublika çaylarında suyun səviyyəsində azalma müşahidə olunur

01:04 / 11.05.2012
“Mayın 9-da Kürün yuxarı axınında suyun səviyyəsi 11 sm, Qanıx çayında isə 3 sm qalxıb. Kürün aşağı axınında, Sabirabad-Salyan ərazisində dünən səviyyədə 30-40 artım olsa da, hazırda səviyyə sabitdir. Hələlik təhlükəli hal yoxdur”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, dünən Şamaxı ərazisindən axan Pirsaatçayda da suyun səviyyəsində 40 sm artım müşahidə edilib. Bu da çayın mənsəb hissəsində yağan yağışlarla əlaqədardir. A.Verdiyev bildirib ki, bu gün Kürün yuxarı axını, Qanıx çayında və dağ çaylarında suyun səviyyələrində azalma müşahidə olunur: “Kürün aşağı axınında artım olsa da, təhlükə yoxdur”.


Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar