12px14px16px18px

İSESCO amerikalı keşişin “Quran”ı yandırmasını pislədi

01:20 / 09.05.2012
 İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESCO) Florida Anqlikan kilsəsinin pastoru Terri Conson tərəfindən müqəddəs Qurani-Kərimin yandırılmasını qəti şəkildə pisləyib. APA-nın İSESCO-ya istinadən yaydığı məlumata görə, bununla bağlı yayılmış bəyanatda bildirilir ki, bu ağılsız jest bütün dünyada müsəlmanların hislərinə hörmətsizliklə yanaşıldığını nümayiş etdirir. “İSESCO bu faktı irqçi, İslam dininə qarşı hörmətsiz davranış, beynəlxalq hüquq və insan haqları prinsiplərinin un təhqir edilməsi kimi dəyərləndirir. Biz beynəlxalq ictimaiyyəti bu kimi cinayətlərin təkrarlanmasından çəkinməyə çağırırıq. Florida Anqlikan kilsəsini isə cinayətkarı və dinə qarşı bu cür təcavüz aktını pisləməyə səsləyirik”.


Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar