12px14px16px18px

İlham Əliyev və Vladimir Putindən təbrik məktubu

01:18 / 09.05.2012
 Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Rusiya Federasiyası prezidenti vəzifəsinə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan və Rusiya arasında ənənəvi, inkişafına və möhkəmlənməsinə Sizin sanballı və mühüm töhfə verdiyiniz dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək və dərinləşəcək. İnanıram ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə strateji tərəfdaşlığımızın və çoxplanlı əməkdaşlığımızın hər cəhətdən genişlənməsinə yönələcək. Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”. Rusiya prezidenti Vladimir Putin isə Böyük Vətən Müharibəsindəki qələbənin növbəti ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrik məktubunda deyilir: “Böyük Vətən Müharibəsi cəbhələrində bərkimiş dostluq, qarşılıqlı yardım və etimad bundan sonra da Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərində möhkəm təməl rolunu oynayacaq. 1941-45-ci illərdə xalqlarımızın öhdəsinə çətin sınaq düşdü və onlar bu sınaqdan şərəflə çıxdılar. Onların şücaəti, mərdliyi, vətənpərvərliyi əsrlər boyu bizim yaddaşlarımızda qalacaq. Azadlıq və müstəqilliyi qəhrəmancasına müdafiə edərək onlar dünyanın faşizm təhlükəsindən xilas olmasına həlledici töhfə verdilər”.


Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar