12px14px16px18px

MTRŞ “Space” telekanalını inzibati məsuliyyətdən azad edib

11:39 / 08.05.2012 “Space” Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Televiziya və Radio Şurasının qərarına əsasən inzibati məsuliyyətdən azad edilib. MTRŞ-dən “Trend”ə verilən məlumata görə, dünən Şuranın növbəti iclasında “Space” tərəfindən MTRŞ-nin 22 dekabr 2011-ci il tarixli qərarının tələblərinin pozulması faktı ilə bağlı başlanmış inzibati icraat üzrə işə də baxılıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq, “Space” MTRŞ-nin qərarına əsasən, inzibati məsuliyyətdən azad olunub.
Qeyd edək ki, MTRŞ-nin qərarına əsasən, yerli telekanallar mayın 1-dən xarici teleserialların yayımını dayandırmalıdırlar. Bununla bağlı kanallara bir neçə ay əvvəlcədən xəbərdarlıq edilmişdi. “Space” kanalında mayın 1-dən “Kim haqlıdır” layihəsi çərçivəsində “Bu zalım dünyada doğulma” serialı ilə bağlı müzakirələr aparılır və filmdən müəyyən yeni süjetlər tamaşaçılara təqdim edilir.
İclasda həmçinin “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.
MTRŞ “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanının 33.8-ci bəndini rəhbər tutaraq “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.



Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar