12px14px16px18px

Şuşanın işğalının 20-ci ildönümü yad olunub

11:38 / 08.05.2012


Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar “Azərsun Holdinq” şirkətlər qrupu Dağlıq Qarabağın Azərbaycanlı icması ilə birgə “Vətən çağırır” başlıqlı silsilə tədbirlər keçirib. May ayının 1-də start verilən aksiya çərçivəsində ilk olaraq Bakı Slavyan Universitetində Hüseynbala Mirələmovun qələmə aldığı, Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Güllələnmiş heykəllərin fəryadı” tamaşası nümayiş etdirilib. Daha sonra aksiya may 2-də 53 saylı orta məktəbdə, 3-6 mayda isə bölgələrdə davam edib. Teatr aksiya çərçivəsində Gədəbəy, Şəmkir, Qazax rayonlarında tamaşalar nümayiş olunub.
Dünən isə “Azərsun Holdinq”də Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində millət vəkilləri, ictimaiyyətin nümayəndələri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Şuşa sakinləri iştirak ediblər.



Bu yazı ( 49 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar