12px14px16px18px

Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

11:48 / 05.05.2012
Ermənistan ordusunun bölmələri mayın 3-də saat 12.10-dan 12.20-dək və 23.30-dan 23.50-dək Tərtər rayonunun Çaylı, Nəmirli və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 13.15-dək və 13.00-dan 13.15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.40-dək və mayın 4-də 00.30-dan 00.40-dək Ağdam rayonunun Şıxlar və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar