12px14px16px18px

Yol polisi “Eurovision”a görə sürücülərə müraciət etdi

11:47 / 05.05.2012
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. K. Əliyev həmçinin müsabiqə ilə əlaqədar yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacağını bildirib. Bunun üçün hüquqi şəxslərə müraciət edilib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.



Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar