12px14px16px18px

Polis şöbələrində monitorinq keçirildi

11:45 / 05.05.2012
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, hüquq müdafiəçiləri – Elçin Şirinov və Elnur Qənizadə Cəlilabad, Masallı, Yardımlı, Astara və Lənkəran şəhər polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçiriblər. Elçin Behbudovun APA-ya verdiyi xəbərə görə, monitorinq zamanı saxlanılan şəxslərə qarşı münasibət, onlara verilən yemək və dərman preparatlarının keyfiyyəti, kameraların təmizliyi yoxlanılıb: “Monitorinq zamanı saxlanılan şəxslər tərəfindən qeyri-insani rəftarla bağlı hər hansı müraciət daxil olmadı. Lakin Yardımlı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında bəzi problemlər var. Bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyəm”. E.Behbudov Lənkəran şəhərində olarkən vətəndaşlar arasında polis-vətəndaş münasibətləri ilə bağlı ictimai sorğu keçirdiklərini də bildirib: “Sorğunun nəticələrinə əsasən vətəndaşların polis əməkdaşlarına münasibətləri normaldır”.



Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar