12px14px16px18px

“Buflomedil”in dövlət qeydiyyatı ləğv oluna bilər

TƏRKIBINDƏ BOR TURŞUSU OLAN PREPARATLAR SIRASINDA “LEYNER” MƏLHƏMI VƏ “TEYMUROV” PASTASI DA VAR

11:43 / 05.05.2012
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Azərbaycanda “Buflomedil” və bor turşusu tərkibli preparatların dövlət qeydiyyatının ləğv olunması, “Qatifloksasin”in isə qeydiyyatına icazə verilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin Farmokaloji və Farmakopeya Ekspert Şurasına müraciət edib. APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, bor turşusunun geri çağırılmış və istifadəsi məqsədəuyğun sayılmayan preparatlarının təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdim edilən məlumatlara əsasən nəzərdən keçirilib: “Məlum olub ki, yerli istifadə olunan bor turşusu preparatlarının yüksək toksikliyi bəzi hallarda uşaqların ölümünə səbəb olub”. Müraciətdə bildirilir ki, Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil olan bor turşusu tərkibli dərman vasitələri “Borisov Dərman Preparatları Müəssisəsinin (Belarus) istehsalı olan bor turşusunun 5 faizli məlhəmi, 3 faizli spirtli məhlulu və paketdə tozu, eləcə də “Azərfarm LTD” şirkətində (Azərbaycan) istehsal edilən “Leyner” məlhəmi və “Teymurov” pastasıdır.
Müraciətdə bildirilir ki, “Buflomedil” tərkibli preparatların kardioloji və nevroloji sistemlərdə törətdiyi riskləri faydalı effektə nisbətən daha artıqdır. “Qatifloksasin” isə həyat üçün təhlükəli olan hipo və hiperqlikemiya yarada bilər: “Belə mənfi əlavə təsirlər təkcə şəkərli diabet xəstələrində deyil, həmçinin anamnezində bu xəstəliyi olmayan insanlarda da rast gəlinib. Preparatdan istifadə həm də qlikemik homeostaz prosesinin gedişatının pozulmasına da səbəb olur”.



Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar