12px14px16px18px

“Müxalifət ofisimizə gələ bilər”

ATƏT-İN BAKIDAKI NÜMAYƏNDƏSİ: “HANSISA MƏSƏLƏNİ MÜZAKİRƏ ETMƏK İSTƏYİRLƏRSƏ, HEÇ BİR PROBLEM YOXDUR”

11:42 / 05.05.2012
“ATƏT-in Bakı Ofisində görüş keçirmək üçün rəsmi müraciətə ehtiyac yoxdur.
Bizim Azərbaycanın bütün siyasi təşkilatları ilə daimi əlaqələrimiz var, imkan olduğu qədər görüşüb, müzakirələr aparırıq”. Bunu APA-ya açıqlamasında ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay deyib. Səfir qeyd edib ki, İctimai Palatanın nümayəndələri və ümumiyyətlə, müxalifət partiyaları ilə görüş üçün rəsmiyyətə ehtiyac yoxdur: “Məsələn, ötən gün tədbirlərin birində İctimai Palatanın nümayəndələri ilə ayaqüstü görüşümüz oldu. Amma ofisimizə gəlib, hansısa məsələni müzakirə etmək niyyətləri varsa, burada da heç bir problem yoxdur. ATƏT həm iqtidar, həm də müxalifətlə davamlı dialoq vəziyyətindədir”.
ATƏT-in vasitəçiliyi ilə müxalifət-iqtidar dialoqunun baş tutması məsələsinə gəlincə, K. Tarqay deyib ki, bunun üçün iki tərəfin istəyi olmalıdır: “Bizim vəzifəmiz qarşıdurmalara və görüşlərə qarışmaq deyil, sadəcə dialoq üçün mühit hazırlayıb, vasitəçi olmaqdır. Bizdən bu məsələdə xidmət istənildiyi halda, yardım etməyə həmişə hazırıq”.



Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar