12px14px16px18px

Brayza Azərbaycanın müharibəyə başlaya biləcəyindən danışdı

01:01 / 04.05.2012


Mayın 2-də Vaşinqtonda, Ceymstaun Fondunda “Amerika, Avropa və Cənubi Qafqaz: dəyişən dünyada tərəfdaşlığın qurulması” mövzusunda müzakirə keçirilib. “Amerikanın səsi” xəbər verir ki, müzakirələrdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ölkəsinin Cənubi Qafqaz siyasətinin 3 strateji marağa – təhlükəsizlik, enerji və daxili islahatlara söykəndiyini bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentində çalışanlar bu istiqamətdə iş apardıqlarını, region ölkələri isə aparılmadığını düşünür. Metyu Brayza Rusiyanı nəzərə almadan Cənubi Qafqazda siyasət formalaşdırmağın mümkünsüz olduğunu deyib və regionda təhlükəsizlik məsələsinə gəldikdə Dağlıq Qarabağ münaqişəsini xatırladıb: “Azərbaycan Dağlıq Qarabağda hərbi münaqişə niyyətində deyil. Hökumətin ən böyük prioriteti iqtisadi islahatları gücləndirməkdir. Regionlarda inkişaf paytaxtdakı kimi olmasa da hiss olunandır. Prezident İlham Əliyev qərara alıb ki, ölkəsinin uzunmüddətli əmin-amanlığı və onun siyasəti təhlükəsizlikdən asılıdır. Hazırda Azərbaycan hökumətinin Dağlıq Qarabağda müharibəyə başlaması və ya aparması məntiqə uyğun deyil. Azərbaycan yalnız ATƏT-in Minsk qrupuna etibarını itirsə, hərbi müdaxiləni nəzərdən keçirə bilər. Bunun baş verməməsi üçün ABŞ və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsində dönüşə nail olmaq istiqamətində səylərini artırmalıdırlar”.



Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar