12px14px16px18px

Misirdəki səfirliyimiz vətəndaşlarımızı ehtiyatlı olmağa çağırıb

01:00 / 04.05.2012
Azərbaycanın Misirdəki səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. “Qahirədə iğtişaşlar baş verib, lakin xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bununla belə səfirliyimiz Misirdə yaşayan vətəndaşlarımıza – onların əksəriyyəti Ayn Şəms Universitetinin tələbələridir – sayıqlıq nümayiş etdirməyi, ehtiyatlı olmağı, bir müddət dərsə getməkdən çəkinməyi tövsiyə edib”.
Xatırladaq ki, srağagün Qahirənin Abbasiyə rayonunda baş verən toqquşmalarda 11 nəfərə həlak olub. Onların arasında aksiya iştirakçıları ilə yanaşı, təsadüfən yoldan keçənlər də var. Dünən Qahirədə və Misirin digər böyük şəhərlərində hərbi hakimiyyətə qarşı etiraz aksiyaları keçirilir.




Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar