12px14px16px18px

İsveç parlamentində Qarabağ qətnaməsi qəbul oluna bilər

01:00 / 04.05.2012

İsveç Rikstaqı İsveç Azərbaycanlılar Konqresinin sədri Emil Mirzəyevi və onun müavini Elyar Məhərrəmovu bu il mayın 9-da keçiriləcək Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin müzakirəsinə dəvət edib. Bu barədə APA-ya İsveç Azərbaycanlılar Konqresindən məlumat verilib. Qəbul olunmuş qaydaya əsasən qətnamə barədə parlamentdə təmsil olunan 7 partiyanın nümayəndələri ardıcıllıqla çıxış edəcəklər. Daha sonra Rikstaqda Yaşıllar qrupunun rəhbəri, qətnamə layihəsinin müəllifi Mehmet Kaplan çıxış edəcək. Çıxışdan sonra M.Kaplan parlamentarilərin suallarına cavab verəcək.
Müzakirələrin sonunda qətnamə layihəsinə dair qərarın qəbul olunması gözlənilir.



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar