12px14px16px18px

Ermənistan ordusu atəşkəsi yenə pozub

00:59 / 04.05.2012

Ermənistan Ordusunun bölmələri mayın 2-də saat 18.45-dən 18.50-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 23.15-dən 23.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığında yerləşən mövqeləri, saat 18.00-dan 18.10-dək və mayın 3-də 01.10-dan 01.35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.20-dən 00.30-dək və 00.35-dən 01.10-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.45-dən 00.50-dək və 01.05-dən 01.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar