12px14px16px18px

Bakıda avtobus sürücülərinə qarşı reydlərə start verildi

00:57 / 04.05.2012


Bakı yol polisi son günlər avtobus sürücülərinin törətdiyi ağır yol qəzalarının qarşısının alınması və avtobus sürücüləri arasında nizam-intizamın artırılması məqsədilə bu gündən kütləvi reydlərə başlayıb. Bu barədə “Trend”ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. V.Əsədov deyib ki, dünən paytaxtın Neftçilər prospekti, “Azneft” dairəsi, Azadlıq prospekti, Yusif Səfərov kücəsi, Babək, Nobel, Gəncə prospektləri, Məhəmməd Hadi kücəsində aparılan reydlər nəticəsində 36 sürücülük vəsiqəsi olmadan avtobusu idarəetmə faktı aşkar edilərək sənədləşdirilib. Həmçinin, keçirilən reydlər zamanı idarə edilən nəqliyyat vasitəsinə məxsus qeydiyyyat şəhadətnaməsinin olmaması ilə bağlı 43 fakt aşkarlanıb. Bundan əlavə, müvafiq kateqoriya olmadan avtobusun idarə edilməsinə görə 9 sürücü, sərnişin daşıyarkən avtobus dayanacaqlarından kənarda yolların hərəkət hissələrində, ikinci cərgədə saxlayıb sərnişinlərin düşüb-minməsinin təşkil edilməsi faktına görə 16 sürücü məsuliyyətə cəlb edilib. V.Əsədov deyib ki, avtobus sürücüləri arasında nizam-intizamın gücləndirilməsi məqsədilə reydlər paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Səbail və Binəqədi rayonlarında davam etdiriləcək. Qeyd edək ki, son günlər Bakıda sərnişin avtobuslarının sürücüləri ağır yol qəzaları törədib. Nəticədə 30-dan artıq şəxs ağır xəsarət alıb.



Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar