12px14px16px18px

Elmira Süleymanova: “Amnistiya aktlarının, əfvlərin sayının çox olmasını istəyirik”

01:54 / 03.05.2012
“Biz ölkədə amnistiya aktlarının və əfvlərin sayının çox və davamlı olmasını çox istəyirik”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib. E. Süleymanova bildirib ki, bu il Ombudsman Aparatına əfvlə əlaqədar müraciət daxil olmayıb: “Bu səpkili ərizələrin Ombudsman Aparatına daxil olmasını gözləmirik. Öz təşəbbüsümüzlə, müntəzəm olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər keçiririk və həbsdə olan şəxslərlə görüşüb, istək və təkliflərini qeydə alırıq”.
E. Süleymanova yaxın vaxtlarda əfv fərmanının olacağı haqda mülahizə söyləməyə çətinlik çəkdiyini qeyd edib: “Dünyanın heç bir ölkəsində qısa müddət ərzində 9 amnistiya aktı, 51 əfv fərmanı həyata keçirilməyib. Azərbaycan bunu həyata keçirib.
Əlbəttə, hər bir amnistiya aktı zamanı Ombudsman olaraq öz təkliflərimi müvafiq qurumlara təqdim edirəm. Bu günə qədər Ombudsmanın vəsatəti ilə azad olunanların sayı 367-yə çatıb. Bu təcrübə də digər ölkələr üçün nümunə ola bilər”.





Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar