12px14px16px18px

“Bakı Kristal Zalı”nda fəhlə yaralanıb

01:18 / 03.05.2012
“Brainpool” şirkəti “Bakı Kristal Zalı”nda fəhlənin yaralanması ilə bağlı açıqlama verib. “Trend”in eurovision.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi üçün “Bakı Kristal Zalı”nda aparılan hazırlıqlar zamanı “Brainpool” şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb. “Brainpool” şirkətinin yaydığı açıqlamada bildirilir ki, hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. Yaralının qohumları dərhal hadisə ilə bağlı məlumatlandırılıb və o, hazırda özünü yaxşı hiss edir. “Brainpool” şirkətinin rəhbəri Yorq Qraboş xəstənin tezliklə sağalması üçün çalışdıqlarını bildirib. “Hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, bu, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib. Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub”, – deyə Y.Qraboş bildirib.




Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar