12px14px16px18px

Corc Vaşinqton Universitetində Qarabağ müzakirəsi

01:18 / 03.05.2012
ABŞ-ın San Luis şəhərinin Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, ABŞ-ın Missuri ştatının San Luis şəhərində yerləşən Corc Vaşinqton Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda Konfrans keçirilib.
Konfrans Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Corc Vaşinqton Universitetinin Yeni Sosial Elmlər Mərkəzi, Beynəlxalq və Regional Araşdırmalar Proqramı, Avrasiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Professor Ceyms Vertşin moderatorluq etdiyi konfransda SAM-ın araşdırmacısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış ediblər. Konfransda Azərbaycan ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
Konfrans iştirakçıları Cənubi Qafqaz regionunun gələcək inkişafı və beynəlxalq sistemə inteqrasiyasının təmini üçün regiondakı mövcud münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildiriblər.



Bu yazı ( 70 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar