12px14px16px18px

Arif Hacılı vaxtından əvvəl azadlığa buraxılması üçün növbəti dəfə məhkəməyə müraciət edib

01:13 / 03.05.2012
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının vaxtından əvvəl azadlığa buraxılması üçün növbəti dəfə məhkəməyə müraciət edib. Bu barədə APA-ya A. Hacılının vəkili Nemət Kərimli deyib. N. Kərimli Suraxanı rayon Məhkəməsinə yazılan ərizənin A. Hacılının saxlandığı cəzaçəkmə müəssisəsinə təqdim olunduğu bildirib. Ərizəni məhkəməyə cəzaçəkmə müəssisəsi göndərəcək. Qeyd edək ki, A. Hacılı cəzasının 1/3-ni çəkdiyini əsas gətirərək, azadlığa buraxılmasını istəyir. Xatırladaq ki, A. Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmə qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar